Türkiyədə matəm elan olunub

15:19 - 29 İyun 2016 - DÜNYA

Türkiyədə ötən gün İstanbulun Atatürk hava limanında baş vermiş terror hadisəsi qurbanlarının xatirəsinə birgünlük matəm elan olunub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT haber" telekanalı xəbər verib.
Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 41 nəfərə çatdığı, 239 nəfərin isə yaralandığı bildirilir. Ölənlər arasında Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Tunis, Özbəkistan, İran, İordaniya və Ukrayna vətəndaşları var.
İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.

Xəbər xətti