Ana səhifə
23 Sentyabr 2018

Millət vəkili xalq artistinə əsəbləşdi

YAP-çı millət vəkili Aydın Mirzəzadə özünün də qonaq olduğu ATV telekanalında yayımlanan “ Mətanətlə gündəlik” verilişində xalq artisti Səməd Səmədovun yol hərəkəti qaydalarını pozmasına dair onun ünvanına etdiyi müraciətə cavab verib. 
 

 

Ucnoqta.az xəbər verir ki, A. Mirzəzadə Qafqazinfo-ya açıqlamasında bildirib ki, o verilişdə yol hərəkəti qaydalarına riayət etməyin vacibliyindən danışıb: “Mən bu gün saytlarda gördüm ki, həmin verilişdə Səməd Səmədovun mənə müraciət etməsi barədə yazılıb. Amma mənim onun müraciətinə verdiyim cavabla bağlı heç bir məlumat yazılmayıb. Verilişdə iştirak edən müğənni Səməd Səmədov da bir neçə dəfə qaydalara riayət etməyin əhəmiyyətindən danışdı. Bir dəfə isə bildirdi ki, qaydaları pozur və yol polisi də buna görə ona hörmət edir. Mən isə ona müraciətlə bildirdim ki, qayda-qanunlar ona riayət edilməsi üçün qəbul edilir. Sizlər və bizlər qanuna riayət etməkdə nümunə olmalıyıq. Sonradan aparıcı Mətənat xanım da yol polislərinə müraciət edərək Səməd Səmədovu qayda pozmağa imkan verməməyə çağırıb”.

 

Tarix
5 Noyabr 2014 [13:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin