Türkiyədə Su-24 pilotunun qatili həbsdə saxlandı

18:03 - 28 İyun 2016 - Xəbər

Türkiyədə məhkəmə Rusiyaya məxsus Su-24 təyyarəsinin pilotunu qətlə yetirməkdə təqsirləndirilən Alparslan Çeliki başqa ittiham üzrə iyunun sonuna qədər həbsdə saxlayıb.Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, A.Çelik ötən gün azadlığa buraxılmışdı.
Xatırlaqdaq ki, A.Çelik martın 31-də İzmirdə həbs edilib. Ondan odlu silah götürülüb.
Qeyd edək ki, o, Rusiya təyyarəsi vurulduqdan sonra katapult etmiş pilotu öldürdüyünü bildirmişdi.

Xəbər xətti