Qənimət Zahidin qohumlarına hökm oxunub

17:59 - 28 İyun 2016 - Xəbər

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Rüfət Zahidov və Rövşən Zahidovun cinayət işi üzrə məhkəməsi başa çatıb."Report"un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosedə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rüfət Zahidov və Rövşən Zahidovun hər biri  6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, Rüfət Zahidov hazırda Fransada mühacirətdə olan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu, Rövşən Zahidov isə onun əmisi oğludur.

Xəbər xətti