Zahid Oruca töhmət verildi

16:32 - 28 İyun 2016 - Xəbər

Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. Bu barədə AzVision.az-a Komissiyanın sədri Ağacan Abıyev məlumat verib. O, bildirib ki, iclasda Milli Məclisin iyunun 24-də keçirilən son növbədənkənar sessiyasında deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş mübahisəyə baxılıb. İclasda deputat Zahid Oruca töhmət verilib.

Qeyd edək ki, parlamentin iyunun 24-də keçirilən növbədənkənar sessiyasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə düşüb. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı müzakirələrdə, millət vəkilinin çıxışı saxlanılıb, o isə buna etiraz edərək danışmaq istədiyini bildirib. 

Spiker ona irad tutaraq deyib ki, Z.Oruc hər dəfə mövzudan kənar məsələlərə toxunur. Bundan sonra deputatla spiker arasında mübahisə düşüb. 

Xəbər xətti