Ana səhifə
21 Noyabr 2018

Xalq artisti: «Yol qaydalarını pozuruq. Sağolsunlar, görürlər və …» - VİDEO

Səməd Səmədov yol hərəkəti qaydalarını pozduğunu deputatın qarşısında dilə gətirib

Ucnoqta.az xəbər verir ki, son günlər tanınmış sənət adamları telekanallarda yayımlanan müxtəlif verilişlərdə yol hərəkəti qaydalarını pozduqlarını açıq-aşkar etiraf edib bundan fərəhlənirlər. Bəziləri tanınmış sənətçi olmasa da, iddiaları böyükdük. Hətta, iki gün öncə Sevinc adlı gənc müğənni «təhlükəsizlik kəmərini taxmıram, çünki saçlarımı düzəltməyə problem yaradır, yol polisi gərək bizi başa düşsün» demişdi. Ondan əvvəl isə müğənni Mətanət Əsədova Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevin də iştirak etdiyi verilişdə sürət həddini aşdığını, hətta 240 km/saat sürətlə maşın sürdüyünü etiraf etmişdi. Maraqlıdır, şou-biznes nümayəndələrinin bu etirafları o mənaya gəlib çıxır ki, yol polisi onların qarşısında acizdir və ya DYP onlara «hörmət etməyə» borcludur. Bu dəfə isə qanunlara qarşı açıq-aşkar hörmətsizlik etdiyini etiraf edən sənətçi xalq artisti Səməd Səmədov olub. ATV kanalındakı verilişin qonağı olan Səməd Səmədov bildirib ki, sənət adamları toylara, konsertlərə tələsdiyi üçün qaydaları pozurlar: «Yol polislərinə təşəkkür edirəm. Çünki biz müğənnilər, aktyorlar, artistlər tədbirdən-tədbirə, verlişdən-verlişə tələsirik. Ona görə də, yol qaydalarını pozuruq. Sağolsunlar, görürlər və …».

Səməd Səmədovun çıxışının bu yerində aparıcı söhbətə müdaxilə edərək qaydaları pozduğu üçün xalq artistinə iradını bildirir: «Necə yəni qanunları pozuruq? Bəs, bayaqdan qayda-qanundan danışırsınız…».

 

Səməd Səmədov aparıcının bu iradını sadəcə gülüşlə qarşılayıb və verilişdə iştirak edən YAP-çı millət vəkili Aydın Mirzəzadəyə müraciət edib.

 

Xalq artisti xalqın və millət vəkilinin qarşısında qanunları tapdaladığını, yol polisinin isə onu «yola verdiyini» etiraf edirsə, DYP-nin artistlərə güzəşt etdiyini deyirsə, o zaman sual yaranır; bəs qanunlar kimin üçündür? 

 

Avtosfer.az

 

Tarix
5 Noyabr 2014 [13:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin