Qətlə yetirilən bələdiyyə sədrinin qızı: "Atam məni yuxarı qaldıranda Fədai atamı öldürdü"

12:30 - 28 İyun 2016 - Xəbər

Bələdiyyə sədri və ərini öldürən şəxsin məhkəməsində mübahisə düşdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Həsənovanı və onun həyat yoldaşı Vəfadar Həsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində öldürülən şəxslərin 10 yaşlı qızları Fidan Əbilhəsənova ifadə verib. O, ifadəsində hadisə günündən danışıb: "Həmin gün anama zəng gəlirdi, ad günü qurtarmışdı. Anamsa zəngləri qəbul eləmirdi, sonra zənglər nənəm Xanımbacıya gəldi. Anam məni də, nənəmi də otaqdan çıxardı. Dedi, siz gedin. Bir müddətdən sonra Fədai əmi gəlib, anamın otağına girdi. Sonra atam məni yuxarı qaldıranda Fədai atamı öldürdü. Mən qorxudan anamın otağına qaçdım. Gördüm, anam da ölüb".
Onun istintaqa verdiyi ifadə ilə ziddiyyət olduğundan 10 yaşlı qız bibisinin və babasının təzyiqi ilə elə ifadə verdiyimi deyib. Bundan sonra zalda mübahisə yaranıb. Uşaqlarım bibisi mübahisə salıb. O, ölən Vəsilənin anasına qarğışlar edib: "Uşaqları da sən öyrətmisən. Ölənlərinin qanını yerdə qoyursuz. Allah o dünyada cəzanızı verəcək. Öz zibillərinin çıxmağından qorxursan".
Hakim zalda olan səs-küyə son qoyulmasını istəyib.
Ölən Vəfadarın hüquqi varisi Sultan Əbilhəsənov bildirib ki, uşaqlar nənələri Xanımın təzyiqi altında ifadə verirlər: "Uşaqlar 6 ay mənimlə qalıb. Mənim üstümə şər atırdı ki, uşaqları oğurlamısan. Bu cinayətdə onun çox məlumatı var. Sadəcə oğlunun da, gəlininin də qanını yerdə qoyur. Allah onun bəlasını versin".
Prosesdə şahid qismində evin qulluqçusu Kifayət Əliyeva, Şaxı Əbilova ifadə veriblər.  Onlar ifadəsində bildiriblər ki, Fədai Hüseynovun ailə ilə çox yaxşı münasibəti olub, evə gəlib-gedən adam olub".
Prosesdə şahid qismində Saray Bələdiyyəsində çalışmış, Vəsilənin yaxın rəfiqəsi olmuş Sevda Məmmədova ifadə verib. O, ifadəsində Fədai ilə münasibətlərin yaxşı olduğunu deyib: "Heç inanmazdım belə şey olsun. Fədai də bizlə işləyirdi. Hadisədən bir neçə ay əvvəl bir torpaq məsələsi ilə bağlı mübahisə vardı.  Fədai kiminsə torpağını güc hesabına əlindən almışdı. Amma onun bu cür hadisəyə gəlib çıxmasına hələ də inanmıram".
Məhkəmə prosesi iyulun 5-də davam edəcək.
Qeyd edək ki, qətl keçən il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin Fədai Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında həsənovların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V .ƏbilHəsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.

Xəbər xətti