“Ayna” qəzeti fəaliyyətini bərpa edib

11:16 - 28 İyun 2016 - MEDİA

Ötən il bağlanan  “Ayna” qəzeti fəaliyyətini bərpa edib. Qəzetin baş redaktoru Elçin Şıxlı sosial şəbəkə vasitəsi ilə bildirib ki, bundan sonra yalnız köşə yazılarına yer verəcək qəzetin saytı (ayna.az) oxucuların ixtiyarında olacaq. Mövcud şərtlər altında qəzetin çap versiyasının hazırlanmasını məqsədə uyğun hesab etməyən tanınmış jurnalist-publisist yaxın dostları Arif Əliyev, Qulu Məhərrəmli, İbrahim Nəbioğlu və Rauf Mirqədirovla qəzetin elektron formatının fəaliyyətini davam etdirəcəklərini  qeyd edib.
E.Şıxlı əlavə edib ki, sayt vasitəsi ilə internet TV formatında da fəaliyyət göstərəcəklər.

Xəbər xətti