Ağdaşda yeməkxanada yanğın olub

11:07 - 28 İyun 2016 - HADİSƏ

 Ağdaşda yeməkxanada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qaradağlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan yeməkxananın mətbəxində markası məlum olmayan soyuducu və kassa aparatı yanıb. Yanğından yeməkxana mühafizə olunub.
Yanğın saat 07:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti