Dağlıq Qarabağ münaqişəsi ATƏT-də müzakirə ediləcək

10:57 - 28 İyun 2016 - SİYASƏT

Bu gün ATƏT-in Vyanadakı baş ofisində təhlükəsizlik sahəsində problemlərlə bağlı illik konfrans işinə başlayacaq. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, üç günlük konfransın xüsusi sessiyası ATƏT məkanında münaqişəli vəziyyətlərə və onların region təhlükəsizliyinə təsirlərinə həsr ediləcək. Belə ki, Ukrayna, Dağlıq Qarabağ, Dnestryanı münaqişələr konfransın gedişində müzakirəyə çıxarılacaq.
Ukrayna münaqişəsinə dair ayrıca iclas keçirilməsi planlaşdırılır.

Xəbər xətti