Avro tədricən ucuzlaşır

17:35 - 27 İyun 2016 - İQTİSADİYYAT

 "Brexit" referendumunun mənfi nəticələri vahid Avropa valyutasına da təsirsiz ötüşməyib və iyunun 24-də zəifləməyə başlayan avronun məzənnəsi artıq 1,10 dollardan da aşağı enib. "Report" xəbər verir ki, B.Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmasını dəstəkləyənlərin üstünlük təşkil etməsi ilə bitən referendumdan sonra 1,1434 USD/EUR səviyyəsinə qədər yüksələn məzənnə 4,6% azalaraq 1,0909 USD/EUR-a qədər enib. Lakin sərt azalmadan sonra məzənnə bir qədər sabitləşib və günü 1,1117 USD/EUR-da bitirib. Hazırda isə məzənnə 1,0980 USD/EUR səviyyəsinə kimi enib və "Report"un analitik qrupu azalmanın yaxın günlərdə daha da sürətlənəcəyini və 1,04 USD/EUR-a çatacağını ehtimal edir.
Funt sterlinqin məzənnəsi də iyunun 27-də azalmanı davam etdirib və "Brexit" referendumu günü olan minimal səviyyədən də aşağı düşüb. Belə ki, iyunun 24-də referendumdan sonra 1,3224 USD/GBP-yə qədər geriləyən məzənnə hazırda 1,3150 USD/GBP-yə bərabərdir. Xatırladaq ki, 1,3224 USD/GBP - son 21 ilin ən minimal həddi olub.

Xəbər xətti