Qazaxda keçmiş əri tərəfindən başı kəsilən qadının uşağının meyiti tapılıb

17:21 - 27 İyun 2016 - Xəbər

Gürcüstan vətəndaşı Elmira Tanrıverdiyevanı qətlə yetirməkdə şübhəli bilindiyinə görə iyunun 23-də tutulmuş keçmiş əri Eldəniz Babayevin daha bir əməli üzə çıxıb.“Report” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Qazax Rayon Polis Şöbəsi RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə E.Babayevin E.Tanrıverdiyevanın azyaşlı qızı Fatiməni də boğma yolu ilə qətlə yetirməsi müəyyən edilib. Uşağın meyiti Ağstafa çayının Xanlıqlar kəndindən keçən hissəsindəki sahildə tapılıb.

Araşdırmalar davam etdirilir.

Xəbər xətti