ATƏT sədri iyunun 30-da Azəbaycana səfər edəcək

14:24 - 27 İyun 2016 - Xəbər

 ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer iyunun 30-da Azərbaycana səfər edəcək.APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, həmin gün o, rəsmi görüşlər keçirəcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycan-ATƏT əməkdaşlığı əsas müzakirə mövzusu olacaq.Bundan əvvəl isə o, Ermənistanda səfərdə olacaq. Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində ATƏT sədrinin Gürcüstana səfəri də nəzərdə tutulur.

Xəbər xətti