Ağsuda “Hundai” traktorla toqquşdu: 1 nəfər öldü

11:33 - 27 İyun 2016 - HADİSƏ

 Ağsuda “Hundai” markalı avtomobilin traktorla toqquşması nəticəsində bir nəfər ölüb.  Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu Padar kəndində “Hundai” markalı minik avtomobili ilə “T” markalı traktorun toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub. 
Nəticədə, minik avtomobilinin sərnişini xəsarət alaraq nəqliyyat vasitəsində vəfat edib. Yanğınsöndürən- xilasedicilər 1992-ci il təvvəllüdlü Lıkçina Aleksandra Viktorovnanın cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:52-də başa çatıb.

Xəbər xətti