20 il axtarışda olan mafioz tutulub- İtaliyada

11:30 - 27 İyun 2016 - DÜNYA

 İtaliya mafiyasının 20 il axtarışda olan bossu Ernesto Fatssalari İtaliyanın cənub regionu Kalabriyada polis əməkdaşları tərəfindən saxlanılıb."Report" BBC-yə istinadən xəbər verir ki, onu ömürlük həbs cəzası gözləyir.

Polis 46 yaşlı Fatssalarini düz onun yatağında yaxalayıb, o, müqavimət göstərməyib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Fatssalari narkotik ticarəti və qanunsuz kapitalın dövriyyəsi ilə məşğul olan "Ndranqeta" cinayətkar qruplaşmasının üzvüdür.
Ernesto Fatssalari ilk dəfə 1996-cı ildə həbsdən yayınıb. O, 1999-cu ildə qətl, adam öldürməyə cəhd, həmçinin dələduzluq maddələri də daxil olmaqla, bir neçə cinayət üzrə qiyabi olaraq məhkum edilib.

Xəbər xətti