Bakıda iki maşın yanıb

11:19 - 27 İyun 2016 - HADİSƏ

Bakıda bir gündə iki avtomobil yanıb. FHN-in saytında verilmiş məlumata görə,  Xətai rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilin mühərrikinin yanar hissələri və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 Suraxanı rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqda dayanmış digər avtomobillər yanğından mühafizə olunub.

Xəbər xətti