Sumqayıtda mənzildə yanğın

16:00 - 26 İyun 2016 - HADİSƏ

Sumqayıt şəhərində dörmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, şəhərdə dörmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan mənzilin mətbəxində 1 ədəd plastik pəncərə yanıb. 
Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 kv.m sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 
Yanğın saat 11:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti