Daşkəsəndə "KamAZ" dərəyə yuvarlanıb

11:37 - 26 İyun 2016 - HADİSƏ

 Daşkəsən şəhərində su xətlərinin yenilənməsi işləri zamanı avtoqəza baş verib. Qum daşıyan "KamAZ" markalı avtomaşın yoldan çıxaraq dərəyə yuvarlanıb.
Yaxınlıqdakıların köməyi ilə yük maşınından çıxarılan sürücü Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin ehtimala görə, qəzaya sürücünün dönmə manevrini düzgün aparmaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.report

Xəbər xətti