Ana səhifə
15 Noyabr 2018

Başkəsən qızın ailəsindən şok addım

Bakıda bacısı Günel Nuriyevanın boğazını kəsərək amansızlıqla qətlə yetirən Pərvanə Nuriyevaya görə valideynləri yaşadığı doğma kəndi tərk ediblər.

 

Ucnoqta.azxəbər verir ki, bu barədə axar.az-a verilən xəbərdə deyilir ki, Nuriyevlər ailəsi baş verən bu dəhşətli hadisədən sonra Şəkidə yaşamaq istəməyiblər. Qızların atası Etibar Nuriyevin rayondan Bakıya köçdüyü deyilir. Mənbənin sözlərinə görə, E.Nuriyev özü sakit, tanınmış və hörmətli şəxslərdən sayılır, bu qətldən sonra isə Şəkidə yaşamaq və insanlar arasına çıxmaq istəməyib.

 

Qeyd edək ki, P.Nuriyeva ilkin ifadəsində bacısının lesbiyan olduğunu, evə qadınlar gətirdiyini deyərək onu bu yoldan çəkindirməyə çalışdığını söyləyib. Onun dediyinə görə, bacısı bu xəbərdarlıqlara məhəl qoymadığı üçün onu öldürüb. İkinci açıqlamada isə yuxuda ona hökm gəldiyini və ona görə oyanıb bacısının başını kəsdiyini bildirmişdi.

 

Tibbi ekspertizanın rəyində isə Günel Nuriyevanın bakirə olduğu vurğulandı. Psixoloqlar Pərvanə Nuriyevanın psixoloji baxımdan problemli olması qənaətindədirlər.

 

Tarix
5 Noyabr 2014 [13:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin