Bakıda 17 yaşlı oğlan itkin düşüb

17:40 - 25 İyun 2016 - Xəbər

Bakıda 17 yaşlı oğlan itkin düşüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yaşayan Musayev  Elxan  İxtiyar oğlu bu il iyunun 24-də saat 14.00-15.00 radələrində evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Elxan Musayevi görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (012) 012-561-02-02 nömrəli şəhər, (055) 215-66-25, (055) 390-87-87 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.

Xəbər xətti