Gömrükçülər külli miqdarda siqaret aşkar edib

15:35 - 25 İyun 2016 - Xəbər

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, Qazax rayon sakinlərinə məxsus 2 avtomobilə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən üzərində aksiz markası olmayan, ümumilikdə 10 400 ədəd siqaret aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər xətti