Ana səhifə
26 Sentyabr 2018

Azərbaycanın Xəzər regionunda ticarət əlaqələri zəifləyib

Ekspert: Qərbin qoyduğu maliyyə və bank əməliyyatları sanksiyaları  öz təsirini göstərir”

 

 

Cari ilin geridə qalan dövrü ərzində Azərbaycan Respublikasının rezidentləri dünyanın 139 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 105 ölkəyə əmtəə ixrac, 126 ölkədən isə idxal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici ticarət əlaqələri iştirakçılarının 43-ü Avropa, 30-u Amerika, 42-si Asiya ölkələri və digərləridir. 
Hesabat dövründə xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 27,6 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 22 milyard dollar, idxalın həcmi 5,6 milyard dollar təşkil edib, nəticədə 16,4 milyard dollarlıq müsbət saldo yaranıb. 
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 1,1 milyard dollara bərabər olub. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 117 dollardır. 

 

Azərbaycanın xarici ticarət dövriyyəsində diqqət çəkən məqam Xəzər regionu ölkələri ilə ticarət əlaqələridir. Bu məsələni araşdıran iqtisadçı ekspert İlham Şabanın sözlərinə görə, İran İslam Respublikası statistikasına görə, 2014-cü ilin İran təqvimin 7 ayının nəticələrinə əsasən, Azərbaycandan idxal edilən məhsulun dəyəri 13,7 milyon dollar, ölkəmizə ixrac edilən məhsulun dəyəri isə 279,3 milyon dollar olub: “Öz növbəsində Azərbaycan Gömrük Komitəsinin məlumatına əsasən, 2014-cü ilin 9 ayında Azərbaycandan İrana ixracın həcmi 28,4 milyon, İrandan idxalın həcmi isə 115,5 milyon dollar təşkil edib. İranla ticarət dövriyyəsinin həcmi 2012-ci ildə 500 milyon dollar olmuşdusa, 2013-cü ildə bu göstərici 20 faizdən çox azalmağa doğru meyl edib. İranla ticarət əlaqələrinin azalmasına çox güman ki, Qərbin qoyduğu maliyyə və bank əməliyyatları sanksiyaları da öz təsirini göstərib”.

 

Ekspert deyir ki, Qazaxıstan Xəzər regionunda hazırda Azərbaycanın ikinci ticarət tərəfdaşıdır: “2014-cü ilin 9 ayında Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 34,3 faiz azalib. Respublikamızdan ixrac 23,3  milyon, idxal isə 166,1 milyon dollar olub. Qeyd edim ki, Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 2013-cü ildə 371 milyon, 2012-ci ildə isə 390 milyon dollar təşkil edib”.

 

Müsahibimizin sözlərinə görə, Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsinə dair son məlumatı bu il oktyabrın əvvəlində baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətlərarası komissiyanın iclasında səsləndirib: “Belə ki, 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 82,3 milyon dollar olub. Cari il üçün hər hansı bir rəqəm açıqlanmayıb. Amma bu göstəricinin azaldığı ehtimal olunur.

 

İ.Şabanin araşdırmasına görə, Rusiya Azərbaycanın Xəzəryanı ölkələr içərisində bir nömrəli ticarət tərəfdaşıdır: “Cari ilin 9 ayının yekunlarına görə, Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1,368 milyard dollar təşkil edib ki, bunun da cəmi 470,262 milyon dolları ixracın payına düşüb. Başqa sözlə, Rusiyaya ixrac Azərbaycanın ümumi ixracatında olan payının 2,7 faizini təşkil edib. Sözügedən dövrdə Rusiyadan idxal həcmi  897,794 milyon dollar olub ki, bu da Azərbaycanın ümumi idxalınin 13,8 faizinə bərabərdir. Xatırladaq ki, Azərbaycanın 2013-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 2,583 milyard dollar olub. O zaman Azərbaycanın 14,1 faiz ümumi idxalı bu ölkənin payına düşüb. Həmin il Rusiyadan idxal 9 faiz artıb. 2012-ci ildə isə iki ölkə arasında ticarət dövriyyəsi 2,338 milyard dollar təşkil edib ki, bunun da 1,378 milyarrd dolları idxalın payına düşüb”.

 

 

Əfsun

 

Tarix
5 Noyabr 2014 [19:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin