Vergi borcu olan şou-biznes nümayəndələrinin ADLARI-Brilliant, Gülyanaq, Elza, ...

15:05 - 25 İyun 2016 - Xəbər

 Vergilər Nazirliyi vergi borcu olan şou-biznes nümayəndələrinin siyahısını açıqlayıb. Siyahıda 50 nəfərin adı var. 
Siyahıda tanınmışlardan xalq artistləri - Brilliant Dadaşova, Gülyanaq Məmmədova, əməkdar artistlər - Abbas Bağırov, Mətanət İsgəndərova, Elza Seyidcahan, müğənnilər Rəqsanə İsmayılova, Xəyyam Nisanov, Səidə Sultan, Emil Bədəlov, Zamiq Hüseynov və digərləri yer alıb.  
Siyahı nazirliyin rəsmi saytında yerləşdirilib.

Xəbər xətti