Böyük Britaniyanın AB-dən çıxmaq qərarına Ağ Evdən reaksiya

18:25 - 24 İyun 2016 - DÜNYA

ABŞ prezidenti Barak Obama Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq haqqında qərarı ilə bağlı rəsmi açıqlama yayıb.Musavat.com-un xəbərinə görə, açıqlamada belə deyilir: “Böyük Britaniya xalqı öz sözünü deyib və biz onların qərarına hörmətlə yanaşırıq. ABŞ və Birləşmiş Krallıq arasında münasibətlər möhkəmdir və Böyük Britaniyanın NATO-da qalması Birləşmiş Ştatların xarici, iqtisadi və təhlükəzilik siyasətinin əsası olmaqda davam edəcək.
Biz sabitliyi, iqtisadi yüksəlişi, habelə qitə hüdudlarında və ondan kənarda demokratik ideyaların və dəyərlərin sürətlə yayılması üçün çox şey edən Avropa Birliyi ilə də münasibətlərimizi olduğu kimi saxlayacayıq.

Avropada, habelə Böyük Britaniya və Şimali İrlandiya Krallığında sabitliyin, təhlükəsizliyin və tərəqqinin təmin edilməsi naminə münasibətlərin yenidən qurulması barədə Avropa Birliyi və Böyük Britaniya arasında danışıqlar aparılması halında da ABŞ-ın dəyişməz partnyorları olaraq, qalacaqlar”.

Xəbər xətti