Ebru Gündəş məhkəməyə zorla gətiriləcək

17:26 - 24 İyun 2016 - Xəbər

Türkiyə məhkəməsi tanınmış müğənni Ebru Gündeşin zorla məhkəməyə gətirilməsi haqda qərar qəbul edib. "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.Xəbərə görə, E.Gündeşin vəkili bildirib ki, müğənninin sağlıq durumu məhkəmədə iştirak etməyə imkan vermir. Vəkil bununla bağlı məhkəməyə sənəd təqdim edib. Ancaq məhkəmə sənədi qəbul etməyərək, müğənninin prosesə zorla gətirilməsi haqda qərar qəbul edib. 

Qeyd edək ki, E.Gündeş və hazırda ABŞ-da həbsdə olan həyat yoldaşı Rıza Zərrab qanunsuz olaraq, malikanə ələ keçirməkdə ittiham olunurlar. Onlar yaşadıqları binanın xaricindən lift quraşdırıblar. Bununla da ölkənin "Mədədniyyət və təbiəti qoruma haqqında" qanununu pozublar. Onlar 2 ildən 5 ilədək azalıqdan məhrum edilə bilərlər. 
Məhkəmənin qərarına əsasən, Rıza Zərrabdan da ABŞ-da ifadəsi alınacaq.

Xəbər xətti