"Ayılanda gördüm ki, sol əvəzinə sağ ayağım amputasiya olunub"

17:20 - 24 İyun 2016 - Cəmiyyət

Sağlam ayağı amputasiya edilən xəstə: “Həkimə demişdim ki, sol ayağımı dizdən aşağı kəs”

 Jurnalistlər Bakıdakı Angioloji və Mikrocərrahiyyə Mərkəzində sol ayağı əvəzinə sağ ayağı kəsilən Tərlan Əliyevaya baş çəkib.
“Report”un xəbərinə görə, T.Əliyeva cərrah həkim Valeh Kərimovdan şikayətlənib: “Şəkərim var. Sol ayağım kəsilməli idi. Əməliyyat olundum. Ayılanda gördüm ki, sol əvəzinə sağ ayağım amputasiya olunub. Hətta əməliyyatdan əvvəl sol ayağımı dizdən yuxarı kəsmək istəyirdi. Etiraz etdim, dedim, barmağım qanqrena edibsə, dizdən aşağı kəs. Bu isə sağlam ayağımı kəsdi”.

Xəbər xətti