İki nəfəri bıçaqlayan şəxsə hökm oxundu

16:58 - 24 İyun 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Nahid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Əliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, ötən il sentyabrın 13-də təqribən saat 03:30-da Tbilisi prospektində Xırdalan şəhər sakini, 1980-ci il təvəllüdlü Rasim Hüseynova və Zaur Rzayevə bıçaqla ağır bədən xəsarəti yetirilib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 1980-ci il təvəllüdlü Nahid Əliyev tutulub.

Xəbər xətti