Ana səhifə
21 Sentyabr 2018

İşdən çıxarılan icra başçısı biznesinin başında

Qubanın qalmaqallı keçmiş icra başçısı Rauf Həbibov hazırda tikinti sexinə rəhbərlik edir. İcra hakimi olduğu dövrdə müəssisəni oğluna həvalə edən R.Həbibov məlum hadisələrdən sonra biznes fəaliyyətini özü davam etdirir. 

 

"Ucnoqta.az" Axar.az-a istinadən xəbər verir ki, başçıya vəzifə verilməsi barədə xəbərlər doğru deyil: 
“Rauf Həbibova Nəqliyyat Nazirliyində iş verildiyi barədə yayılan məlumatın əsası yoxdur. Hazırda Həbibov biznesini idarə edir. Onun oğlu başçı olduğu vaxt Londona tez-tez gedib-gələrdi. İndi Bakıdadır və atası ilə birlikdə işləyir”.

Əslən lənkəranlı olan R.Həbibov Qubadakı hadisələrdən sonra ictimai həyatdan tamamilə geri çəkilib, hətta bu günə kimi qohumları ilə əlaqə saxlamır. 

Qeyd edək ki, Rauf Xeyrulla oğlu Həbibov 1 aprel 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Əmək fəaliyyətinə 1982-ci ildən Qaradağ Tikinti Materialları Kombinatında fəhləlikdən başlayıb. 1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, "Günəş" kiçik müəssisəsinin direktoru, "Müstəqil Balbelan" müəssisəsinin direktor müavini vəzifələrində işləyib. 

1 oktyabr 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2012-ci il mart ayının 1-də Rauf Həbibovun internetdə yayılan video-çıxışına etiraz olaraq Rayon İcra Hakimiyyətinin binası qarşısında etiraz keçirilib. Həmin videoda RİH başçısı qubalıların ünvanına bir sıra təhqirlər səsləndirib. 

 

2 mart 2012-ci ildə Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayon İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Tarix
7 Oktyabr 2014 [11:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin