Devid Kemeron istefa verəcək

11:53 - 24 İyun 2016 - DÜNYA

 Böyük Britaniyanın baş naziri Devid Kemeron üç ay sonra istefa verəcəyini açıqlayıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, o, ölkənin Avropa İttifaqından çıxmasıyla bağlı referendumun nəticələrinin elan olunmasından sonra Britaniyanın yeni liderə ehtiyacı olduğunu söyləyib.
O, həmçinin referendumun nəticələrinin britaniyalıların həyatına köklü dəyişikliklər gətirməyəcəyini bildirib.
Qeyd edək ki, britaniyalı seçicilərin 52%-i referendumda ölkənin Aİ-dən çıxmasına səs verib.

Xəbər xətti