Taksi xidmətində yenilik - Azərbaycanda

11:31 - 24 İyun 2016 - Cəmiyyət

Bir müddət sonra hamı avtomobilinə oturduğu taksi sürücülərinin kimliyini əvvəlcədən biləcək.Milli.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.
Şöbə müdiri qeyd edib: "Yeni Bakı Nəqliyyat Konsepsiyasına uyğun olaraq taksi xidməti göstərən fərdi sahibkarların idarə etdiyi avtonəqliyyat vasitələrində sürücünün əyləşdiyi oturacağın arxasında sürücünün adını, soyadını və hər hansı şikayət olacağı təqdirdə sərnişinin müraciət edə biləcəyi "qaynar xətt"in nömrəsini əks etdirən lövhə olacaq".

Xəbər xətti