Böyük ​Britaniya Avropa İttifaqından çıxdı

11:02 - 24 İyun 2016 - DÜNYA

 Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmayacağını müəyyənləşdirən referendumun nəticələri məlum olub.  BBC-nin xəbərinə görə, səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs verib. Beləliklə, Britaniya Avropa İttifaqından çıxıb.
Bakı vaxtı ilə saat 13.00-da Britaniyanın baş naziri Devid Kemeron referendumun rəsmi nəticələri ilə bağlı bəyanatla çıxış edəcək.
Məlumata görə, 46 milyon 501 min 241 seçicinin 72 faizi səsvermədə iştirak edib. 
Xatırladaq ki, iyunun 23-də Britaniyada keçirilən referndumda seçicilər iki sualdan birini cavablandırıb: Birləşmiş krallıq Avropa İttifaqının üzvü olmalıdırmı? Birləşmiş Krallıq Avropa İttifaqından çıxmalıdırmı?
Referendumda iştirak etmək üçün 46,5 milyon seçici qeydiyyatdan keçmişdi. Bu rəqəm Britaniya üçün rekord sayılır.report

Xəbər xətti