Prezident Pedaqoji Universitetə rektor təyin etdi

16:24 - 23 İyun 2016 - Xəbər

Azərbaycan Dövlət Pedaqoji Universitetinə yeni rektor təyinatı olub. Qafqazinfo-un məlumatına görə, bu barədə ölkə başçısı sərəncam imzalayıb. Sərəncama əsasən, Cəfər Cəfərov universitetin rektoru təyin edilib. Bu gün yeni rektor kollektivə təqdim olunacaq.
Qeyd edək ki, Cəfər Cəfərov bundan əvvəl Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsində işləyib.

Xəbər xətti