Ana səhifə
13 Noyabr 2018

Dövlət qeydiyyatından keçməyən vasitələrin statistikası açıqlandı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri  cari ilin 10 ayı ərzində iş planına və DRİ-yə daxil olmuş müraciətlərə əsasən, təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə (REV) müvafiq qaydada texniki baxış keçirərək 711 akt tərtib edib.


 

Ucnoqta.azxəbər verir ki, idarədən verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 292 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb.

Onlardan 131 ədədi möhürlənib, 107 ədədi qeydiyyata salınıb və 54 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 28  protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

 

Bəhruz

Tarix
5 Noyabr 2014 [13:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin