ATƏT sədri həmsədrlərlə görüşüb

14:25 - 23 İyun 2016 - SİYASƏT

Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb.APA-nın məlumatına görə, bu barədə ATƏT-in Almaniyadakı Sədrliyinin “twitter” səhifəsində qeyd olunub. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparılıb.
Görüşə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.

Xəbər xətti