Yeni doğulan körpəni küçəyə atdılar- Azərbaycanda

13:48 - 23 İyun 2016 - HADİSƏ

Azərbaycanda təzə doğulan körpə küçəyə atılıb. Hadisə Gəncə şəhərində baş verib. Şəhərin Nizami Rayon Polis Bölməsindən anspress-ə verilən məlumata görə, polis əməkdaşlarına Yeni Gəncə qəsəbəsi 48-ci binanın girişində təxminən bir həftə əvvəl doğulmuş oğlan uşağının atıldığı barədə məlumat daxil olub. Əraziyə gedən polis əməkdaşları yanına heç bir məlumat qeyd edilməyən uşağı götürərək Gəncə şəhər Körpələr Evinə təhvil verbilər.
Hazırda uşağın valideynlərinin tapılması istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.
 

Xəbər xətti