Azər Qasımov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

13:34 - 23 İyun 2016 - Xəbər

Prezident İlham Əliyev Azər Məhəmməd oğlu Qasımovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.President.az saytında verilmiş xəbərə görə, A. Qasımov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, A. Qasımov 2004-cü ildən Azərbaycan prezidentinin mətbuat katibidir.  

Xəbər xətti