Bakıda Avropa Parlamentinin Azərbaycan üzrə Alt Komitələrinin iclası keçiriləcək

13:13 - 23 İyun 2016 - SİYASƏT

 Sentyabrın sonunda Bakıda Avropa Parlamentinin Azərbaycan üzrə Alt Komitələrinin iclası keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə jurnalistlər açıqlamasında Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard məlumat verib.
O, iclasda Azərbaycan ilə tərəfdaşlıq və əməkdaşlıq çərçivəsində gündəlikdə duran bütün məsələləri müzakirə etməyə imkanı olacağını qeyd edib: "Buraya təhsil sahəsi, insanlar arasında əlaqələr, ticarət, insan hüquqları və s. daxildir. Bu mövzular üzrə tərəqqi əldə edə bilərik. Aİ-Azərbaycan ikitərəfli münasibətləri baxımından payızda sıxlıq olacaq".

Xəbər xətti