Bakı sakini pilləkəndən yıxılaraq ölüb

12:59 - 23 İyun 2016 - HADİSƏ

 Bakı şəhər sakini pilləkəndən yıxılaraq ölüb. Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytında verilən xəbərə görə, iyunun 20-də Binəqədi qəsəbəsində yaşayan Tofiq Məmmədov pilləkəndən yıxılıb. Xəstəxanaya yerləşdirilən T.Məmmədov iyunun 22-də orada ölüb.

Xəbər xətti