Sarkisyan Azərbaycanın işğal edilmiş bölgəsinə səfər edəcək

15:26 - 22 İyun 2016 - Xəbər

Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edəcək.APA-nın xəbərinə görə, bu barədə "İnterfaks" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.S. Sarkisyanın Xankəndi separatçılarının rəhbərliyi ilə görüşəcəyi və bəzi rayonlara baş çəkəcəyi bildirilir.
Qeyd edək ki, iki gün öncə Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə görüş keçirilib. Görüşün yekuna dair prezidentlər üçtərəfli bəyanat qəbul ediblər.

Xəbər xətti