Ronaldo jurnalistə hirslənib mikrofonu gölə atdı- VİDEO

15:19 - 22 İyun 2016 - İDMAN

Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo jurnalistə acıqlanıb və onun əlindən mikrofonu alaraq gölə atıb.Trend-in "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, insident Fransada futbol üzrə Avropa çempionatı çərçivəsində Portuqaliya - Macarıstan oyunundan əvvəl portuqaliyalı idmançıların Lion şəhərində gəzintisi zamanı baş verib. Jurnalistlərə yığmanın futbolçularına yaxınlaşmaq qadağan edilsə də, "Correio da Manh" nəşrinin müxbiri Ronaldoya yaxınlaşaraq ona qarşıdakı oyun haqqında sual verib. Ulduz futbolçu isə əsəbiləşərək onun mikrofonunu əlindən alıb və gölə tullayıb.
Madrid "Real"ının oyunçusunun heç vaxt bu nəşrin müxbirlərinin sualına cavab vermədiyi bildirilir. Bu, dərginin tez-tez Ronaldonun şəxsi həyatından yazılar yazması ilə əlaqələndirilir.
Qeyd edək ki, bu gün F qrupunda 2 xallı Portuqaliya lider Macarıstanla qarşılaşacaq.

Xəbər xətti