Sabaha olan hava məlumatı- 38 dərəcə isti

12:54 - 22 İyun 2016 - ÖLKƏ İÇİ

 Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq.

Xəbər xətti