Heydər Əsədov Oğuzda 5 rayonun sakinləri ilə görüşəcək

11:35 - 22 İyun 2016 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov iyun ayının 24-də Oğuz rayonunda Oğuz, Şəki, Balakən, Zaqatala və Qax rayonlarının sakinləri ilə görüşəcək. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64, 050-352-06-27) və Nazirliyin Oğuz Rayon İdarəsinə (070-223-75-28) müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.

Xəbər xətti