Bakıda 7 yaşlı oğlan yük maşınının altında qaldı

11:24 - 22 İyun 2016 - HADİSƏ

Bakıda 7 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Binə qəsəbəsində "ZİL" markalı 10 NK 314 dövlət qeydiyyat nişanlı yük maşını 2009-cu il təvəllüdlü Heydərli Fərda Zaur oğlunu vurub. Yük maşının altında qalan uşaq hadisə yerindəcə vəfat edib.

 Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti