Paytaxtın bəzi ərazilərində su olmayacaq

11:21 - 22 İyun 2016 - Xəbər

Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsində su təchizatı sistemlərinin yenidən qurulması işlərinin aparılması ilə əlaqədar iyunun 22-də gün ərzində Qara Qarayev və Babək prospektlərinin, həmçinin E.Süleymanov və İ.Məmmədov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Trend-ə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən daxil olan məlumatda bildirilir.

Xəbər xətti