Sabah bəzi ərazilərdə qaz olmayacaq

18:09 - 21 İyun 2016 - ÖLKƏ İÇİ

İyunun 22-də saat 10:00-dan 13:00-a qədər “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zığ”, saat 10:00-dan 18:00-dək isə Qazax magistral qaz kəmərləri sahəsinin “Ağstafa” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.Bu barədə SOCAR-dan məlumat verilib.

Təmir işlərinin Bakı şəhəri Xətai və Suraxanı rayonlarının, həmçinin Ağstafa şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Xəbər xətti