Ana səhifə
26 Sentyabr 2018

Tbilisidə ikinci “Beynəlxalq Caspian Energy Forum – 2014” keçiriləcək

Noyabrın 14-də Tbilisidə ikinci “Beynəlxalq Caspian Energy Forum – 2014” keçiriləcək.
Ucnoqta.azAzərTAc-a istinadən xəbər verir ki, Gürcüstanın iri banklarından olan “PAŞA Bank Georgia” və “Cross Caspian Oil & Gas Logistics LLC” forumun qızıl sponsoru qismində çıxış edirlər.
“PAŞA Bank Georgia” direktorlar şurasının sədri Şahin Məmmədov bildirib ki, “Beynəlxalq Caspian Energy Forum – 2014” Gürcüstan iqtisadiyyatının müxtəlif istiqamətlərinin müzakirə platformasına çevrilməklə yanaşı, həm də yeni investisiyaların cəlb olunmasına və Xəzər-Qara dəniz regionu ölkələrinin maliyyə sektorunun inteqrasiyasına yol açacaq”.
“Əsrin müqaviləsi”nin 20 illik yubileyi şərəfinə təşkil olunacaq forum çərçivəsində Xəzəryanı ölkələrin neft strategiyasını təmsil edən “Caspian Energy” jurnalının da 15 illik yubileyi qeyd ediləcək.
Forumun “Caspian European Club”un (CEIBC) ümumi iclası formatında  hər il keçirilməsi nəzərdə tutulur.
Tədbirdə Gürcüstanın, həmçinin Xəzər- Qara dəniz və Aralıq dənizi regionları ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, komitə və müəssisələrinin rəhbərləri, Gürcüstanda fəaliyyət göstərən diplomatik və beynəlxalq missiyalarının nümayəndələri, eləcə də iri beynəlxalq şirkətlərin təmsilçiləri iştirak edəcəklər.

Tarix
7 Oktyabr 2014 [12:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin