Azərbaycanın müstəqil siyasəti beynəlxalq aləmdə yüksək dəyərləndirilir

19:20 - 21 İyun 2016 - KİVDF

Bu özünü ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunda nümayiş etdirir

Azərbaycan dövlətinin müstəqil siyasəti beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Təbii ki, iqtisadi imkanlar genişləndikcə, bu özünü ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunda nümayiş etdirir, onun dünyada söz sahibinə çevrildiyini nümayiş etdirir. Azərbaycançılıq ideologiyasının əsasında da bu durur.  «Azərbaycanın qapıları ölkəmizə xoş niyyətlə ayaq basan iş adamlarının üzünə açıqdır» söyləyən ulu öndər Heydər Əliyev qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin olmalarını da bəyan edirdi. Bu ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulduğunu böyük fəxrlə qeyd ediriksə,  bu, məhz həmin dövrdə ölkəmizə qarşı yaradılan inamın nəticəsidir. Bu inamın da təməlində da qazandığımız uğurlar dayanır. 
Bu gün daha çox səsləndirilən fikirlərdən biri Azərbaycana marağın artması, dostlarının sayının çoxalmasıdır. Ölkəmiz hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqət və marağında olub. Lakin bu diqqət zaman keçdikcə, daha dəqiq desək, Azərbaycan ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində uğurla inkişaf etdikcə daha da artamağa başlayıb. Müstəqilliyimizin ilk illərinə diqqət yetirdikdə bu fərqi daha aydın görmək olur. O zaman Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər, şirkətlər qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Çünki ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qaydışı Azərbaycanın qarşısında yeni-yeni imkanlar açdı, uğurların təməlini qoydu.      
Qeyd etdiyimiz kimi, dahi şəxsiyyətin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.  Ümummilli lider Heydər Əliyev  Azərbaycan  tarixinin  bir  səhifəsi  deyil,  tariximizin  özü,  xalqımıza, ölkəmizə böyük nüfuz qazandıran, adını inkişaf etmiş ölkələr sırasına daxil edən bir  şəxsiyyətdir.   Böyük dövlət xadimi, təcrübəli siyasətçi, fenomenal hafizəyə malik şəxsiyyət Heydər Əliyev haqqında dünya dövlətlərinin rəhbərləri, siyasətçiləri də  yüksək fikirlər söyləmiş, onun müstəqil Azərbaycanımız, xalqımız üçün gördüyü işlərə kənardan bir baxış keçirmişlər. Həmin fikirlərə diqqət yetirəndə  onların hər  birinin konkret dövrü əhatə etdiyinin şahidi oluruq. Bu fikirlər arasında Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyasında və iqtisadi inkişafında  xüsusi əhəmiyyət kəsb edən   «Əsrin müqaviləsi»nin imzalanmasında ulu öndərin rolu xüsusi yer tutur. Heç bir ölkənin təkbaşına iqtisadi inkişafa malik olmasının mümkünsüzlüyünü önə çəkən ulu öndər  Heydər Əliyev dünyanın qabaqcıl ölkələri, şiirkətləri ilə təcrübə mübadiləsinin əhəmiyyətini diqqətə çatdırdı, bu gün artıq dost ölkədən etibarlı tərəfdaş ölkəyə çevrilməyin əsası qoyuldu. 
Bu fikir möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən xüsusi qeyd olunur ki,  dünyada təbii resurslarla zəngin  çox ölkələr var.  Lakin bu resurslar heç də hər zaman uğur gətirmir. Belə ki, təbəqələşmə prosesi sürətlə gedir. Lakin Azərbaycan iqtisadi prioritetlərini və  neft strategiyasını müəyyən edərkən həm müsbət, həm də mənfi təcrübəni öyrənib. Neft-qaz gəlirlərinin  insanlar arasında bərabər bölünməsi  ictimaiyyətdə böyük rəğbətlə qarşılanır.  1999-cu ilin dekabrında  Dövlət Neft Fondunun yaradılması da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Ümummilli lider  bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Tahir Süleymanov bildirib ki, təbii resurslarımıza son dərəcə qənaətlə və qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun qarşısında mühüm vəzifə kimi qoyulurdu. Onun sözlərinə görə, iqtisadi tərəqqi hər bir inkişafın təməl daşıdır. "Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət Azərbaycanı iqtisadi möcüzələr ölkəsi kimi tanıtmaqla yanaşı, hərtərəfli inkişafa stimul oldu. Hər sahə üzrə konkret Dövlət Proqramlarının qəbuluna və uğurlu icrasına zəmin yaradan iqtisadi inkişaf fonunda Azərbaycanın adı bu gün dünyanın 10 xoşbəxt ölkəsi sırasında çəkilir". 
Tahir Süleymanov bildirib ki, təməl möhkəm olanda binanın əzəmətli görünməsi üçün lazım olan bütün işləri həyata keçirmək mümkündür. Azərbaycan da qazandığı uğurları ilə yüksək mərtəbəli binanı xatırladır. Dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyası Azərbaycanın uğurlarının davamlılığının təmin olunmasında əsas mexanizmdir. "Gündən-günə daha da qüdrətlənən ölkəmiz, eyni zamanda bu uğurların qazanılmasına əsas verən  siyasət barədə biri-birindən maraqlı, diqqətçəkən fikirlər söylənilir. Ümumi rəy budur ki, xalqın etimadını qazanan, hər bir vədini konkret əməli işi ilə sübut edən   dövlət başçısına milyonların sevgisi şəksizdir.  Cənab İlham Əliyevin 2003-2008-ci illərdə  hər bir sahə üzrə  həyata keçirdiyi tədbirlər, uğurlu layihələr  2008-ci ildə, 2008-2013-cü illərdə gördüyü işlər isə 2013-cü il prezident seçkisində  qələbəsinə zəmin yaratdı.  Ötən 10  ildə atılan  addımlar onun hər kəsin  Prezidenti olduğunu təsdiqləyir. Kimliyindən, siyasi əqidəsindən asılı olmayaraq bütün insanların problemləri, qayğıları onu düşündürən başlıca məsələdir. Hər zaman bildirir ki, dövlətin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili dayanır. 
2003-cü ildə keçirilən andiçmə mərasimində  «Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm»  söyləyən cənab İlham Əliyev  «Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir» bəyan edərək, sonrakı illərdə atdığı addımları ilə bu vədinə sadiqliyini bir daha nümayiş etdirdi.  Möhtərəm Prezidentimiz İlham Əliyevin  Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların fonunda təsdiqlədiyi «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası məhz dayanıqlı inkişafın yol xəritəsidir. Qarşıdakı illər üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək,  bu günə qədər üç dəfədən çox artan ümumi daxili məhsulu daha iki dəfə artırmaqdır. Dövlət başçısı hər zaman bildirir ki, qazanılan uğurlarla kifayətlənməməliyik, hər zaman irəliyə doğru addımlamalıyıq. Modernləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edir.  Günümüzün əsas tələblərindən biri kimi   təhsilin, elmin və iqtisadiyyatın birliyinin yaradılması önə çəkilir. 
Son on ilin uğurlarının ümumiləşdirimiş ifadəsi olaraq  Azərbaycan Cənubi Qafqaz bölgəsi iqtisadiyyatının 85 faizinə sahib olmaqla əsil söz sahibi olduğunu təsdiqləyir. Regionun parlayan ulduzu kimi  beynəlxalq maliyyə qurumlarının hesabatlarında ön yerdə dayanır".    
Deputatın sözlərinə görə,  ölkənin hərtərəfli inkişafında regionların malik olduğu potensialdan səmərəli istifadə əsas yer tutur. 
(ardı var)

Xəbər xətti