"Azərişıq": "Bu barədə rayonun bütün dövlət qurumlarına xəbərdarlıq etmişdik"

14:58 - 21 İyun 2016 - Xəbər

 Salyan rayonunda işıqların sönməyinin səbəbi bəlli olub. “Azərişıq”dan Lent.az-a verilən məlumata görə, rayonda elektrik enerjisinin kəsilməsinə səbəb orada yarımstansiyada aparılan yenidənqurma işləridir.
Qurumdan bildirilib ki, Salyan rayonundakı yarımstansiya “Azərenerji”nin balansındadır: ““Azərenerji” bizə yarımstansiyada yenidənqurma aparılacağı ilə bağlı müraciət edib. Biz də bu barədə rayonun bütün dövlət qurumlarına yazı göndərimişik və bildirmişik ki, 21 iyun saat 00:00-dan, saat 03-ədək rayonda elektrik enerjisinin verilməsinə fasilə olacaq”.

Xəbər xətti