Ana səhifə
22 Oktyabr 2018

Rövnəq Abdullayev SOCAR-ın yeni layihəsindən danışdı

Azərbaycanda yeni neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksinin yaradılması layihəsi Dövlət Neft Şirkətinin ən mühüm və strateji layihələrindən biridir.

 

 

Ucnoqta.az” trend-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ikinci OGPC forumu zamanı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, yeni kompleksin inşası barədə qərar ölkənin neft məhsullarına tələbatı və köhnə emal müəssisələrinin vəziyyəti nəzərə alınaraq qəbul edilib.

Abdullayev onu da bildirib ki, layihə çərçivəsində texniki-iqtisadi əsaslanma (TİƏ) və tikinti işlərinin başlanması üçün sahə hazırlanıb.

ARDNŞ rəhbəri deyib ki, hazırda layihə planlaşdırma, təchizat və tikinti mərhələsindədir.

OGPC Bakıdan 60 kilometr məsafədə yerləşəcək, üç emal müəssisəsindən və İstilik Elektrik Stansiyasından (İES) ibarət olacaq.

 

Tarix
5 Noyabr 2014 [12:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin