"Qareqin Njdeyə heykəl qoymaqla Ermənistan əsl mahiyyətini göstərdi"

13:30 - 26 İyun 2016 - Cəmiyyət

Ermənistanın paytaxtı İrəvanda II Dünya Müharibəsi dövründə Hitlerlə əlbir olan, faşist Almaniyası ilə birgə döyüşərək minlərlə insanı məhv edən erməni döyüşçü Qareqin Njdeyə heykəl qoyulub. Heykəlin açılışında prezident Serj Sarkisyan da iştirak edib. Rusiya rəsmiləri nasizmlə əməkdaşlıq etmiş bir insana İrəvanda heykəl qoyulmasının anlaşılmaz adlandırıblar və Ermənistanı bu hərəkətinə görə sərt tənqid ediblər. Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov nasizmlə əməkdaşlıq etmiş bir insana İrəvanda heykəl qoyulmasının Ermənistanın əsl mahiyyətindən xəbər veridyini düşünür: "Qareqin Njdeyin fəaliyyətinə nəzər saldıqda onun psixoloji durumunun yerində olmayan bir qaniçən, cani olduğu məlum olur.  O, İran, Rusiya, Bolqarıstan, Qafqaz, Şərqi Anadolu, o cümlədən Azərbaycanda qətliamlar törətmiş birisidir. 

Njde Vedibasarda, Zəngəzurda mülki əhalinin məhv edilməsi ilə də tanınıb. Terrorçunun əsas fəaliyyəti Rusiya əleyhinə yönəlib. O, ikinci dünya müharibəsində Rusiyanın məğlub olması üçün faşistlərlə yaxından əməkdaşlıq edib. Ruslar onu Bolqarıstanda həbs edərək SSRİ-yə gətiriblər. Njde həbsxanada vərəm xəstəliyindəm məhv olub. Belə bir adama heykəl qoymaq 21-ci əsrdə demokratiyanı, hümanzmi ayaqlar altına atmaq deməkdir". 

R.Qonaqov hesab edir ki, indiki Ermənistan rəhbərliyi erməni terrorçusunu qəhrəman, hərbi xadim kimi dünyaya sırımaq istəyirsə, bu alınmayacaq: "Əslində Ermənistanın bu hərəkəti bizi təəccübləndirmir. Şünki bu əlaltıya çevrilmiş bu dövlər terror üzərində qurulub. Sərkisyan iqtidarı da ölkədə terror törədərək hakimiyyətə gəlib. Təsadüfi deyil ki,  Çar Rusiyasının dövründə nəşr olunan qəzetlərdə belə yazılırdı:  “Erməni cəmiyyəti terrorçudan başqa bir tip hazırlamamışdır”. Belə bir dövlətdən Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe, hümanizm, beynəlxalq hüquqa sayqı gözləmək sadəlövlükdən başqa bir şey deyildir".

BMAM sədri bildirir ki, indi dünya Ermənistanı daha yaxşı tanımalı və işğal etdiyi torpaqlardan geri çəkilməsi üçün təzyiqləri gücləndirməlidir.

Xəbər xətti